Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 20:10

-

Ötən il Avropa Birliyi ölkələri 330 mindən çox miqranta sığınacaq verib. Birlik ölkələrinə ümumilikdə bir milyondan artıq miqrant üz tutub. Məlumatı AB-nin statistika agentliyi – Eurostat yayıb.

Agentlik aprelin 20-də bildirib ki, sığınacaq alanların sayı 333 min 350 nəfərdir ki, bu da 2014-cü illə müqayisədə 72 faiz çoxdur.

Sığınacaq alanlardan 166 min 100 nəfər Suriyadan, 27 min 600 nəfər Eritreadan, 23 min 700 nəfər İraqdan gəlib.

Sığınacaq verən ölkələr içində birinci yerdə Almaniya dayanır. Daha sonra İsveç, İtaliya, Fransa, Britaniya, Avstriya, Niderland gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG