-
ABŞ-ın Quantanamo həbsxanasında saxlanan 9 yəmənli Səudiyyə Ərəbistanına göndərilib.
Onların göndərilməsindən sonra həbsxanasında 80 məhkum qalıb. ABŞ prezidenti Barack Obama 2008-ci il prezident seçkilərində Quantanamo həbsxanasının bağlanacağını bildirmişdi. Ancaq Respublikaçılar Partiyası buna etiraz etmişdi. Ona görə də vaxtilə adı ağır işgəncələrdə hallanan həbsxana hələ də fəaliyyət göstərir.