Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:56

Türkiyədə yaralıların sayı artır


Türkiyə ordusu

-

Türkiyə ordusu hərbi polis məntəqəsinə hücumda yaralıların sayının artdığını bildirir. Son məlumata görə, hücumda 8-i dinc sakin olmaqla 47 nəfər yaralanıb. İlkin məlumatlarda 25 nəfərin yaralandığı bildirilirdi.

Aprelin 11-də Diyarbakır vilayətinin Hani şəhərində minalanmış maşın polis məntəqəsinə hücum edib. Bir hərbçi həlak olub. Ordu hücuma görə PKK yaraqlılarını ittiham edir.

Ötən iyuldan Türkiyənin cənub-şərqində hökumət qüvvələri ilə PKK arasında münaqişə qızışıb. 350 təhlükəsizlik əməkdaşı daxil olmaqla, yüzlərlə insan həlak olub.

XS
SM
MD
LG