-
Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditlərinin dayandırılmasına dair əlavə məlumat açıqlayıb.
Palatadan verilən məlumata görə, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir: «Bütün növ istehlak kreditlərinə kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı kreditlər daxildir. Bu növ kreditlərin restrukturizasiya edilməsi (müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi - red.) qadağanın əhatə dairəsindədir», - deyə açıqlamada bildirilir.
Palatanın Direktorlar Şurasının qərarı ilə aprelin 5-dən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatlarının xarici valyutada istehlak kreditləri verməsi bir ay müddətinə dayandırılmışdı.