Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:15

Qafqazlılar üçün 1 həftəlik yazıçılıq, şairlik kursu


Maya Kucherskaya
Maya Kucherskaya

-

28 apreldən 5 maya qədər Rusiyadakı yeganə müstəqil yazıçılıq kursu Creative Writing School Tiflisdə olacaq. Kursun elanında deyilir ki, Azərbaycandan, Ermənistandan, Gürcüstandan iştirak etmək istəyən hər kəs müraciət edə bilər.

Proqrama maraqlı ekskursiyalar, Tiflisin mədəni həyatı, keçmişi və bugünü ilə tanışlıq, 14-15 nəfərlik iki - poeziya və proza qrupunda gündəlik məşğələlər daxildir.

Proza emalatxanasının aparıcısı Maya Kuçerskayadır, Kurs nəsrdə yad mədəni şüurun yaradılması strategiyasına həsr olunub. Kursun sonunda hər bir emalatxana iştirakçısı öz "Qafqaz hekayəsi"ni yazacaq.

Poeziya emalatxanasının aparıcısı isə Maksim Amelindir. Emalatxanada gördüyünüz "yabançı" haqda təəssürata əsaslanan poetik mətnlərin yaradılması müzakirə ediləcək və təcrübə ediləcək. Həmçinin gürcü dilindən rus dilinə misra-misra tərcümə həyata keçiriləcək.

Kursun sonunda iştirakçılar səyahət şeirləri yazacaq və poetik tərcümədə güclərini sınayacaqlar.

Müraciət etmək üçün son tarix 4 apreldir.

XS
SM
MD
LG