Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:14

Qan Turalın yeni romanından bir parça


Fələk qırmancı
Fələk qırmancı

-

Qan Turalının yeni çap olunmuş“Fələk qırmancı” romanından bir parçanı müəllifin icazəsilə təqdim edirik.

Qan Turalı

Fələk qırmancı

(romandan parça)

Qan Turalı
Qan Turalı

Mən bir əsir idim, azad olmaq istədim. Bu sevmədiyim kənddə nə azadlıq vardı, nə də azad adamlar. İnsanların həyatı bəsit, primitiv və kobud idi.

Bütün səhərlər, günortalar və gecələr adamı haldan çıxardan təkrarlardan başqa bir şey deyildi.

İlk dəfə kitablarda hiss etməyə başladım başqa dünyaları. Velosiped sürən, dənizdə çimən, axşamlar barlarda pivə içən insanların xoşbəxt yaşadığı, sevib-sevildiyi rəngli dünyaları. Səhər yeməyinin yatağa gətirildiyi, qəhvəylə başlayan günləri. Müharibələri, üsyanları, epidemiyaları gördüm.

Orda həyat bizdəki kimi adi deyildi, durğun su kimi iylənməmişdi, bulaq kimi qaynayırdı.

Mən o kitablara qədər hamı kimiydim, hamı kimi adi və bəsit. Kitablar məni yaşadığım kəndin cansıxıcılığından, kəsafətindən xilas etdi.

Bu yaxşıydımı, görəsən?! Qəfəsdən kənarda bir dünyanın mövcud olduğunu, meşələrdə quşların qatar-qatar uçduğunu, nəğmələrini bir-birinə qatdığını öyrənən quş kimiydim.

Dünyada daha gözəl şeylər vardı, mənim xəyallarım o aləmdə uçurdu. Bizim kənddən çox uzaqda olan bütün bu gözəl xəyallar gəlib onun simasında təcəssüm etməyə başlayanda mən qəfəsimə nifrət edirdim. O, mənim can atdığım, xəyal aləmimdəki ən canlı, ən gerçək varlıq idi.

Ondan başqa itiriləsi heç nəyim yoxuydu və o da mənim deyildi. Bir gün onun səhifəsi qarşıma çıxanda mən bu səhifəyə təkcə əlfəcin qoyub ayrılmadım, onun səhifəsini öz ömrümün səhifəsinə çevirdim.

Onu hamıdan və hər şeydən, yazılarında nifrət etdiyi anlaşılan bu ölkədən ayırıb ətrafına bir qala hörmək və o qalanın içində məsud, bəxtiyar yaşamaq istəyirdim. Xəyallarım böyük, gerçək isə çox mənasızdır. Kim bilir, bəlkə də həyat bu qədər boz və solğun olmasaydı, bəzən mənə gülməli görünən xəyal gücüm də bu qədər pərvazlanmazdı.

Onun adını çəkdiyi əsərlər, gətirdiyi sitatlar məni ondan uzaqlaşdırırdı, onun bilikləri qarşısında əzilirdim, ətrafımdakı insanlardan nə qədər yüksəkdə idimsə, ondan özümü o qədər alçaqda hiss edirdim, səviyyə fərqi məni öz gözümdən salırdı, istisnalığıma zərbələr endirirdi.

Amma yavaş-yavaş hər şey dəyişdi, o mənim üçün vazkeçilməz bir dərmana çevrildi.

Ölərdim, o dərman bircə gün atmasaydım...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG