Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:06

Anlaşılmaz təzad: İşsizlər artır, işsizlik artmır


Mingəçevirdə işsizlərin izdihamı
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Mingəçevirdə işsizlərin izdihamı

►Hökumət son 12 ildə 1 milyon 500 min yeni iş yeri açıldığını bəyan etsə də, maaş cədvəlinə qol çəkənlərin sayı həmin rəqəmdən azdır

Prezident İlham Əliyev ötən il 40 min iş yerinin bağlandığını etiraf edib. Dövlət Statistika Komitəsi (DSK) isə ölkədə işsizlik səviyyəsinin hələ də 5 faizin altında olduğunu bildirir.

İşsiz sayı nə qədərdir?

DSK-nın açıqlamasına görə, bir ildə Azərbaycanda iqtisadi fəal əhali 73 min 600 nəfər artıb və fevralın 1-nə 4 milyon 917 min 900 nəfərə çatıb.

Onlardan 4 milyon 673 min 800 nəfəri əmək fəaliyyəti ilə məşğuldur. Maraqlıdır ki, iqtisadi fəal əhalinin sayı artdıqca, çalışıb pul qazananlar da, demək olar, eyni qaydada çoxalıb.

Rəsmi statistika hazırda işsiz olaraq 244 min 100 nəfəri “tanıyır”.

Bu, ölkədə işsizlik səviyyəsinin 4,96 faiz olması deməkdir. Müqayisə üçün, Rusiyada işsizlik 5,8 faiz, Qazaxıstan və Böyük Britaniyada – 5,1 faiz, Almaniyada – 6,2 faiz, Avrozonada – 10,4 faizdir.

____________________________________________________________

Bunlara da bax:
Baba Rauf Mirqədirova anası hələ də "uşağım" deyir
Azərbaycanın ilk müdafiə nazirinin məzarı tapıldı

_____________________________________________________________

Martda məşğulluq səviyyəsi ölçüləcək

“Mart ayında ölkədə məşğulluq səviyyəsinin ölçülməsi üçün seçmə müayinələrə başlanacaq. İqtisadi fəal əhalinin 1 faizi, yəni təxminən 49 min nəfərin məlumatları öyrənilməklə bu ilin birinci rübündə işsizliyin səviyyəsi haqqında yeni məlumat açıqlanacaq. Güman edirik ki, işsizlik səviyyəsi indikindən daha yüksək olacaq”.

DSK-nın əmək statistikası şöbəsində AzadlıqRadiosuna belə deyiblər.

Ölkədə işsizlik danılmaz gerçəyə çevrilsə də, məşğulluq mərkəzlərində işsiz statusu almaq, işsizliyə görə müavinətə iddia etmək heç də hər kəsə nəsib olmur. Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, vur-tut, min nəfər işsiz status ala bilib.

Kimə “statuslu” işsiz deyilir?

Fevralın 1-nə “statuslu” işsizlər ordusu 29 min 800 nəfər olub. Bunların 2 min 229 nəfərinə müavinət ödənir. İşsizliyə görə müavinətin minimum məbləğini hökumət bu aydan 75 manat təyin edib. Müavinətin orta məbləğinin 281 manat olduğu deyilir.

İxtisasca maliyyəçi Əli Şükürov vaxtilə bankda işləyib. Yaşı 30-u haqlayan bir uşaq atası Əli dekabrda ixtisara düşəndən sonra məşğulluq mərkəzinə üz tutub:

“Mənə sexdə fəhlə işi təklif olundu. Maaş 250 manat idi. Razılaşmadım. İndi təzə təklif gözləyirəm. Məndən qabaq işini itirən dostlarım deyir ki, ixtisasa uyğun iş təklifi almaq da, işsizliyə görə müavinət almaq da müşkül məsələdir”.

Və… təzad

Hökumət son 12 ildə 1 milyon 500 min yeni iş yerinin açıldığını bəyan edib. Maraqlıdır ki, indi maaş cədvəlinə qol çəkənlərin sayı həmin rəqəmdən azdır.

Buna da bax...

Hacıqabulda işsizlər Məşğulluq İdarəsinin qarşısına toplaşıb
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

XS
SM
MD
LG