Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:55

Prezident ad günündə açılışlarda iştirak edib


İlham Əliyev
İlham Əliyev

-

Dekabrın 24-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda gözdən əlillər üçün tikilmiş yaşayış binasının açılışında iştirak ediblər.

Xəbəri president.az saytı yayıb.

12-mərtəbəli binada 132 mənzil var.

İlham Əliyev binanın bir qrup sakini ilə görüşüb. Sonra mənzillərin orderlərini sakinlərə təqdim edib. Onlarla şəkil çəkdirib.

Daha sonra prezident və xanımı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışını ediblər.

Dekabrın 24-ü İlham Əliyevin ad günüdür. Onun 54 yaşı tamam olur.

XS
SM
MD
LG