Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:57

-

Rusiya hakimiyyəti Türkiyəyə qarşı sanksiyaları dəqiqləşdirməyi və genişləndirməyi planlaşdırır. Bu barədə “Kommersant” qəzeti İqtisadi İnkişaf nazirliyinin hazırladığı sənədə istinadla xəbər verir. Sənəd Baş nazir Dmitriy Medvedevin göstərişi ilə hazırlanıb.

Xəbərdə deyilir ki, qadağalar otel biznesini, tikinti, ağac emalı sahələrini, rusiyalı pilotların Türkiyədə təlim keçməsini əhatələyə bilər.

Mənbə qəzetə deyib ki, artıq Rusiya bazarında işləyən şirkətlər üçün istisnalar mümkündür. “Əlimizi-ayağımızı baltalamaq fikrində deyilik, sanksiyalar ilk növbədə Rusiya iqtisadiyyatına minimum ziyan vurmağı hədəfləyir.”

Türkiyə Suriya sərhədində Rusiya təyyarəsini vurandan sonra iki ölkənin münasibətləri pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG