-
Fransa hökuməti Pablo Picasso-nun qaçırılan "Head of a Young Woman" (Gənc qadının başı) tablosunu İspaniyaya qaytarıb.
"The Guardian"ın yaydığı xəbərə görə, 27, 4 milyon qiyməti olan bu əsər Korsikadan İsveçrəyə aparılarkən xilas olunub.
Qiymətli əsər təyyarədə ispan mütəxəssislərin müşaiyiətilə İspaniyaya aparılıb.
Tablo Madriddəki Kraliça Sofiya İncəsənət Mərkəzində saxlanacaq və ictimaiyyətə göstərilməyəcək.
"Head of a Young Woman" əsəri 79 yaşlı ispan bankir Jaime Botin-ə məxsusdur.
Tablo İspaniya məhkəməsinin qərarıyla sənət əsəri sayılıb və krallığın ərazisindən çıxarılması yasaqlanıb.
Fransız gömrükçüləri tablonu avqustun əvvəllərində Grupo Santander maliyyə-kredit kampaniyasına məxsus gəminin göyərtəsindən tapıblar. Əvvəllər kampaniyanın vitse-prezidenti olan Boten gəmidə yoxmuş.
Jaime Botin 2012-ci ildə də tablonu Londona aparmaq istəyində olub, amma İspaniya Mədəniyyət Nazirliyi buna razılıq verməyib.
Uzun qarasaçlı qadının təsvir olunduğu tablo ispan rəssamı Pablo Picasso-nun yaradıcılığının çiçəklənən dövrünün məhsuludur.
Pablo Picasso rəssamlıqda yeni cərəyanın-kubizmin banisidir və dünyada əsərləri ən baha qiymətləndirilən rəssamdır.
Bu ilin mayında onun “Əlcəzair qadınları” əsəri Christie's-də 179 milyon dollara satılmışdı.