Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:46

QMİ оruсluq təqvimin açıqladı


-

Qafqaz Müsəlmanları İdarəsi Rаmаzаn ayının təqvimini yayıb.

Təqvimdə İslamda оruс tutmağın vacib sayıldığı bu günlərin iyunun 18-də başlayıb, iyulun 17-da başa çatacağı qeyd edilir. Təqvim belədir:

Yada salaq ki, iyunun 4-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası Rаmаzаn ayının başlaması münasibətilə fətva vermişdi.
Fətvaya görə, bu il Azərbaycanda Rаmаzаn ayının 1-i miladi təqvimlə 18 iyuna düşür.

Eydül-Fitr – Rаmаzаn bayramı Şəvval ayının 1-i - iyulun 18-nə təsadüf edir və həmin gün bаyrаm namazı qılınmalıdır.

QMİ sədri Allahşükür Pаşаzаdə bildirmişdi ki, Rаmаzаn ayı iyunun 18-də başlayacaq, amma istəyən ehtiyat olaraq bir gün əvvəldən də оruс tuta bilər.
Paşazadə Rаmаzаn bayramının vaxtı ilə də bağlı fikirlərini belə açıqlamışdı:

«Bаyrаm vaxtı ay, iyulun 18-də yox, bir gün qabaq görünsə, yəni 17-də görünsə, o zaman xalqa xəbər veriləcək. Amma bu gün AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası belə rəy verib. Ona görə də, bаyrаm iyulun 18-nə təyin olunub. Kim də bunu pozarsa, cəzalanacaq».

Ancaq bu təqvimi Azərbaycandakı dindarların birmənalı qəbul edəcəyini söyləmək o qədər də asan deyil. Əvvəlki illərdə Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin təqvimindən əlavə təqvimlər də istifadə edilib. Müxtəlif dini təriqətlərin istifadə etdikləri belə təqvimlərdə imsak və iftar vaxtları QMİ-nin təqvimindən əsasən 5-10 dəqiqə fərqlənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG