Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:48

XƏDİCƏ İSMAYILDAN


Xədicə İsmayıl
Xədicə İsmayıl
​XƏDİCƏ İSMAYILDAN

Hazırda həbsdə olan jurnalist Xədicə İsmayıl bu araşdırma ilə məktub göndərib. Məktubda qeyd edilir:

- Azercell-in dövlət səhmlərinin niyə bu qədər ucuz qiymətə satılması barədə sual həmişə ortalıqda olub. Mənim təhqiqatım bu şirkətlərin prezidentin ailəsi ilə əlaqəsi olduğunu aşkara çıxaranda həmin sualın cavabını aldıq. İndi məlum olur ki, onlar heç həmin səhmlərin pulunu da verməyiblər. Bu açıq-aşkar rüşvətdir.

Bir dəfə Özbəkistandan olan bir insan haqları müdafiəçisi mənə TeliaSonera barədə dedi ki, onlar rüşvət kimi vedikləri pulun bircə faizini korrupsiyanı dayandırmaq üçün çalışan ictimai təşəbbüslərə versəydilər, indi bu qədər rüşvət vermək məcburiyyətində qalmazdılar. Bu bizim üçün və İsveç hökuməti üçün çox utancverici bir haldır.

Mən indi başa düşürəm ki, niyə TeliaSonera mənim suallarıma cavab verməyə bu qədər könülsüz imiş. Bir il bundan əvvəl Bakıda Qlobal İnternet İdarəçiliyi Forumu (Global Internet Governance) keçirilirdi. Mən TeliaSoneradan onun səhmdarlarının kim olduqlarını soruşdum. Cavab vermədilər.

Sonra eyni sualı Tvitterdə soruşdum. Daha sonra isə bu məsələni araşdırıb axırına çıxdım. Bu mənim sonuncu təhqiqatım oldu. Bu təhqiqat, apardığım başqa təhqiqatlarla birlikdə mənim həbsimin səbəbidir.

Belə təhqiqatların daha çox aparılmasına ehtiyac var. Çünki qara pullar hökumətlərə ölkələri qul vəziyyətində saxlamağa kömək edir. Bu, həm də belə bir təsəvvürü gücləndirir ki, “avropalılar da bu korrupsiyaya bulaşıblar” və beləliklə, insanlar alternativin mövcudluğuna, korrupsiyasız cəmiyyətlərin mümkünlüyünə ümidlərini itirirlər.

Azercell-ə gəlincə isə, informasiya texnologiyalarının bir ailənin əlində olması çox təhlükəlidir. Və indi artıq Azərbaycanda elə bir kommunikasiya və ya internet yoxdur ki, bu ailənin nəzarətindən kənarda qalsın.

XS
SM
MD
LG