Keçid linkləri

2017, 25 Yanvar, çərşənbə, Bakı vaxtı 03:46

Vladimir Putin İlham Əliyevi təbrik edib


Rusiya prezidenti Vladimir Putin 28 May - Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir və Azərbaycanın dünya arenasında nüfuzu artır.

Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, biz bundan sonra da konstruktiv siyasi dialoqun genişləndirilməsi vəsəmərəli əməkdaşlığın gücləndirilməsini birgə səylərlə təmin edəcəyik”, deyə-məktubda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG