Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:56

-

İsveçrə Federal Ədliyyə İdarəsi (FOJ) bildirir ki, mayın 27-də Zürixdə FIFA konqresindən öncə altı futbol rəsmisi saxlanıb. ABŞ hakimiyyəti onların ekstradisiyasını xahiş edib.

BBC rəsmilərə istinadla xəbər verir ki, polis mayın 27-də səhər Zürixdə oteldə əməliyyat keçirib.

ABŞ həmin şəxsləri milyonlarla dollar rüşvət alıb-verməkdə şübhəli bilir.

Məhkəmə onların 1990-cı illərin əvvəllərində və indi rüşvət və hədiyyələr qəbul etməkdə şübhəli bilərək məsələni araşdırır.

İttihamlara çirkli pulyuma da daxildir.

FIFA üzvləri mayın 29-da Zürixdə illik toplantıya toplaşırlar. FIFA rəhbəri Sepp Blatter beşinci dəfə seçilmək istəyir.

Saxlananların adları açıqlanmır, ancaq FIFA sözçüsü Walter de Gregorio deyib ki, Blatter onların içində deyil.

XS
SM
MD
LG