Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:31

İlham Əliyev Xalq Cümhuriyyəti abidəsini ziyarət edib


Arxiv fotosu

-

Mayın 27-də prezidenti İlham Əliyev Respublika Günü münasibəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib.

İlham Əliyev abidənin önünə əklil qoyub, dövlət himni səsləndirilib.

Bakıda Xalq Cümhuriyyətinin şərəfinə abidə 2007-ci ilin mayında ucaldılıb. Qranitdən və ağ mərmərdən yonulmuş abidənin üzərinə 1918-ci il mayın 28-də qəbul olunmuş "İstiqlal Bəyannaməsi"nin həm əski, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə mətni həkk olunub.

Hakimiyyət nümayəndələri İstiqlaliyyət küçəsində qoyulan bu abidənin istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiram sayır.

Müxalifət və bəzi tarixçilər isə hesab edir ki, bu abidə Xalq Cümhuriyyətini, onu yaradanların xidmətlərinin miqyasını kiçiltmək üçün gözə dəyməyən yerdə və ona layiq olmayan ölçüdə qoyulub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG