Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:48

Borca görə daha bir şirkət rəhbəri həbs olunub


Foto illüstrasiya
Foto illüstrasiya

-

«City Devoloper» MMC-nin direktoru Ratmir Bəkirov həbs edilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Kamandar Nəsibov məlumat verib.

Vəkilin dediyinə görə, həbsə səbəb Azərbaycan Beynəlxalq Bankına kredit borcun olmasıdır:

«Ratmir Bəkirov barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ötən həftə həbs olunub. Artıq onu «bandotdel»dən təcridxanaya köçürüblər».

Kamandar Nəsibov hansı məbləğdə kredit borcundan söhbət getdiyinin ona bəlli olmadığını deyir:

-Məbləği dəqiq bilmirəm. Rəsmi müraciət etməyimə baxmayaraq, sənədlər mənə verilmir».

- Özü ittihamı qəbul edirmi?

- Onun dediyinə görə, pulun alınması və mənimsənilməsində onun heç bir günahı yoxdur. O, sadəcə maaşa çalışan direktor olub. Kredit şirkətin adına götürülüb.

Vəkil şirkətin təsisçisinin kim olduğunu açıqlamayıb. Bildirib ki, bununla bağlı suallara müvəkkili ilə görüşdən sonra aydınlıq gətirə biləcək. Hələ ki, Ratmir Bəkirovla görüşə icazə verilməsi üçün Baş Prokurorluğa müraciət hazırlayır.

XS
SM
MD
LG