Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:33

İran rəsmisi ABŞ-ı İD-nin qarşısını almamaqda günahlandırır


Foto arxiv
Foto arxiv

Iranın dövlət qəzeti Birləşmiş Ştatları İslam Dövləti qrupunun İraqın Ramadi şəhərini ələ keçirməsinə imkan verməkdə günahlandırır. Qəzet İnqilab qvardiyası elitar birləşməsinin komandiri Qassem Soleimaniyə istinadla yazır ki, ABŞ yaraqlıların Ramadiyə doğru hərəkətini dayandırmaq üçün heç nə etməyib.

Yaraqlılar Ramadini mayın 17-də zəbt edib.

ABŞ-ın müdafiə naziri Ash Carter bundan əvvəl müsahibələrindən birində İraq ordusunu kifayət qədər iradə, döyüş əzmi göstərməməkdə günahlandırıb.

Carterin bu bəyanatı İraqın baş naziri Haider al Abadinin də narazılığına səbəb olub:“ Onun belə danışması məni təəccübləndirir. Çünki, o İraqa həmişə yaxşı münasibətdə olub. Əminəm ki, ona səhv məlumat verilib”-deyə o BBC-ə müsahibəsində deyib.

İraq ordusu hazırda şiə və sünni döyüşçülərin dəstəyi ilə Ramadini geri almağa cəhd göstərir.Onlar şəhərə doğru hərəkət edirlər.Yerli sünni qəbilə başçısı Amir al Fahdawinin sözlərinə görə, birləşmiş qüvvələr hazırda Ramadinin təxminən 10 kilometrliyindəki Husaiba şəhərindədir.

Hazırda İraqın bir sıra bölgələri hazırda bu qrupun əlindədir.

İslam Dövləti yaraqlıları həmçinin bu günlərdə Suriyanın qədim Palmira şəhərini də ələ keçiriblər.

Bundan başqa yaraqlılar Suriya-İraq sərhəddindəki strateji keçid məntəqələrindən birini ələ keçiriblər ki, bu onların sərhəddi keçməsi və ya silah daşımasına imkaqn açır.

Londonda qərarlaşan Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, hazırda Suriyanın demək olar ki, tən yarası İslam Dövləti yaraqlılarının nəzarətindədir.

İslam Dövləti qrupu Suriyada 350-dən çox adamı edam edib.

Suriya İnsan Hüquqları Mərkəzində olan məlumata görə, yaraqlılar 10 gün bundan əvvəl şəhəri ələ keçirdikdən sonra azı 217 nəfəri edam edib.Qurum 14-ü uşaq və 12-si qadın olmaqla, 67 dinc sakinin edam edilməsinin sənədləşdirdiyini bildirir.

Mayın 16-dan bu yana həmçinin Homs vilayətinin müxtəlif yerlərində Suriya təhlükəsizlik qüvvələrinin 150 əməkdaşı da ölümə məhkum edilib.

Təşkilatın rəhbəri Rami Abdel Rahman bütöv ailələrin məhv edildiyini,qətllərdən çoxunun Palmirada baş verdiyini, insanların güllələndiyini və ya başının kəsildiyini bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG