Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 12:08

-

Azərbaycan prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 25-də Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər.

Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bildirib ki, Atletlər kəndində 13 yaşayış və bir inzibati bina fəaliyyət göstərir. Yaşayış binalarındakı mindən çox mənzildə 7500 nəfərin qalması üçün hər cür şərait var.

«Media kəndindəki dörd yaşayış binasında ümumilikdə 536 mənzil var ki, burada da 1830 nəfər qala bilər. Media kəndində 500 yerlik yeməkxana, klub-əyləncə və s. mərkəzlər fəaliyyət göstərir», - Azad Rəhimov bildirib.

Azərbaycan iyunun 12-də başlayacaq birinci Avropa Oyunlarına hazırlaşır.

İqtisadçı-ekspertlərin açıqlamalarına görə, Avropa Oyunlarına dövlət büdcəsindən 4 milyard manata qədər vəsait xərclənib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG