Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:39

“Gözəl idrak” qəhrəmanının prototipi John Nash həlak olub


John Forbes Nash
John Forbes Nash

Oscar mükafatı almış “Gözəl idrak” filmində Nash-ın obrazını yaratmış Russell Crowe Tvitterdə yazıb ki, bu ölümdən sarsılıb.

Nobel mükafatçısı, görkəmli riyaziyyatçı və Hollivudun “Gözəl idrak” filmindəki qəhrəmanın real həyatdakı prototipi, 86 yaşlı John Nash xanımı, 82 yaşlıAlicia ilə birlikdə Nyu Cersidə taksi qəzasında həlak olub.

Taksinin yük maşını ilə toqquşması o qədər güclü olub ki, zərbə ər və arvadı maşından xeyli aralı atıb.

Oscar mükafatı almış “Gözəl idrak” filmində Nash-ın obrazını yaratmış Russell Crowe Tvitterdə yazıb ki, bu ölümdən sarsılıb.

Taksi sürücüsü hazırda xəstəxanadadır və onun həyatı üçün təhlükə yoxdur.

Nash Nobel mükafatını 1994-cü ildə iqtisadiyyat sahəsindəki nailiyyətləri üçün almışdı.

Nash xanımı Alicia ilə 1957-ci ildə tanış olmuşdu.

Evləndikdən sonra alimin şizofreniyanın ağır formasından iztirab çəkdiyi bəlli olmuşdu.

“Gözəl idrak” filmi də elə insanın öz ruhi xəstəliyi ilə mübarizəsi barədədir.

John Nash böyük iradə nümayiş etdirərək dərmanların qəbulunu dayandırmış və məhz belə bir şəraitdə elmi işlərini davam etdirmişdi.

John Nash-ın “oyun nəzəriyyəsi” özündən sonra gələn riyaziyyatçıların bütöv bir nəslini ilhamlandırmışdı.

Bütün çətin ömrü boyu John Nash-ın yanında olan Alicia onu ölümdə də tək buraxmadı.

XS
SM
MD
LG