Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Rusiyayönümlü separatçıların lideri öldürülüb


Aleksei Mozgovoi

Ukraynanın qərbində rusiyayönümlü separatçıların liderlərindən sayılan Aleksei Mozgovoi-un azı 6 nəfər döyüşçü ilə birlikdə öldürüldüyü deyilir. Hücum naməlum qrup tərəfindən edilib.

Ukraynanın separatçılar tərəfindən idarə olunan Luhansk əyalətinin mətbuat xidmətinin verdiyi məlumata görə, döyüşçülərin lideri Mozgovoi-un avtomobili partladılıb, daha sonra avtomobilə atəş açılıb.

Separatçıların təmsilçisi Sergei Gorenko bunu təxribatçı qrupun işi adlandırıb, amma bu barədə ətraflı məlumat verməyib. Hadisə zamanı ölən digər şəxslər barədə də əlavə məlumat verilməyib.

Mozgovoi-a qarşı bir neçə dəfə həmlə cəhdləri olub, sonuncusu bu ilin martında baş verib.

XS
SM
MD
LG