Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:32

Fevralda yaranan şirkətlərin dörddə biri saxtadır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Vergilər Nazirliyi fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçən şirkətlər barədə məlumatı açıqlayıb.

«Turan» İA-nın analizi göstərir ki, yeni şirkətlərin 25%-i saxtadır və dövlət büdcəsi vəsaitlərini mənimsəmək, gömrük əməliyyatlarında iştirak üçün yaradılıb.

Fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrinə 494 təşkilat daxil edilib. Agentlik öz təcrübəsindən istifadə edərək müəyyən edib ki, şirkətlərin 124-ü çirkli əməliyyatlar üçün yaradılıb. Maraqlıdır ki, bu şirkətlər elektron xidmət vasitəsilə «çap edilir»: naməlum təsisçilər qeydiyyat üçün müasir İKT-dən istifadə edir.

Bir qayda olaraq, bu şirkətlərin 2-10 manat ilkin kapitalı, sənəd qovluğu və möhürü olur. Bir müddət sonra onlar dövlət satınalmalarına cəlb edilir, yüzlərlə tender və kotirovkanın qalibi olur. Özəl şirkətlərin və fiziki şəxslərin ayrı-ayrı mal idxalı da belə şirkətlərin adına sənədləşdirilir ki, ƏDV mənimsənilsin.

Analiz göstərir ki, saxta şirkətlərin qanuni təmsilçiləri bir qrup adamdır. Bu şirkətlərin hüquqi ünvanı Bakı və rayonlarda müəyyən yerlərlə məhdudlaşır.

Agentlik onu da vurğulayır ki, saxta şirkətlərin yaradılması davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG