Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 13:58

Yanğında xəsarət alanların ağciyərində bərkimə yaranıb


Bakıda yanğın - 19 may 2015

-

«Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsində müalicə olunanların səhhəti orta ağırdır».

Bunu ANS-ə şöbə müdiri Azər Maqsudov deyib.

O bildirib ki, zəhərlənmə olduğu üçün xəsarət alanların ağciyərində bərkimə olub. Bununla yanaşı, yanğın zamanı karbon qazı xəsarət alanların bronxlarına zərər vurub.

Şöbə müdiri əlavə edib ki, hazırda xəsarət alanların müalicəsi davam etdirilir: «Fəsadları aradan qaldırmaq üçün maksimum səviyyədə çalışırıq. Xəstəxanada müalicə olunmuş şəxslər sonradan da həkim nəzarətində saxlanılacaq. Onların səhhətində sonradan yarana biləcək fəsadların qarşısını ala bilmək üçün müalicələri mütəmadi olaraq davam etdiriləcək», - Azər Maqsudov söyləyib.

Mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 16-mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. 15 nəfər ölüb, 41 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 16-sı lazımi tibbi yardımdan sonra evə buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG