Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:56

DİN-dən təxribatçı mesaja reaksiya: «Araşdırılır»


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 21-dən Facebook və Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına «Bakı 2015» Avropa Oyunlarında «təhlükəsizlik tədbirləri» haqqında informasiyalar göndərilir.

Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilir və bir neçə gün əvvəlki yanğın kimi hadisələrin yenə baş verəcəyi istisna edilmir. Müraciətdə vətəndaşlara təhlükə anında DİN və MTN-in məlum xidməti nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov publika.az-a məsələnin araşdırıldığını deyib: «Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara belə bir müraciət ünvanlanmayıb. Bu, həqiqəti əks etdirməyən məlumatdır. Hazırda bu məlumatla bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmanın nəticəsində bu məlumatın kim tərəfindən və hansı məqsədlə yayıldığı məlum olacaq. Buna uyğun olaraq da müvafiq tədbir görüləcək».

Mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 16-mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. 15 nəfər ölüb, onlarla insan yaralanıb.

XS
SM
MD
LG