Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:24

ATƏT rəsmisi Minsk razılaşmasına tam əməl olunmadığını deyir


 Alexander Hug

Alexander Hug

Minsk razılaşmasına tam əməl edilmir, xüsusilə də ağır silahların təmas xəttindən çıxarılmasına.

Bunu mayın 21-də Kiyevdə keçirdiyi brifinqdə ATƏT-in müşahidəçi missiyasının rəhbəri Alexander Hug deyib.

Onun sözlərinə görə, tərəflər bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs razılaşmasına qismən əməl edir.

Hug bildirib ki, missiyanın pilotsuz aparatı bu yaxınlarda separatçıların nəzarətində olan ərazidə, Mariupolun 25 kilometrliyində yer-hava tipli raket sistemləri aşkar edib.

O həmçinin missiyanın tərkibinin yaxın vaxtlarda texniki heyət də daxil olmaqla 756 nəfərə çatdırılacağını deyib.

XS
SM
MD
LG