Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:54

İslam Dövləti qrupu Suriyanın qədim Palmira şəhərinin bir hissəsni ələ keçirib


Palmyra şəhəri

İslam Dövləti yaraqlıları Suriyanın qədim Palmira şəhərinin 1/3-ni ələ keçirib.

Britaniyada yerləşən Suriya insan haqları mərkəzinin mayın 20-də verdiyi məlumata görə, yaraqlılar Suriya ordusu və ona müttəfiq qüvvələrlə ağır döyüşlərdən sonra şəhərin şimalını zəbt ediblər.

UNESCO-nun Mədəni İrs Siyahısına salınan bu şəhər dünyanın ən qədim və mühüm mədəniyyət mərkəzlərindən biridir.

Yaraqlılar vaxtilə Roma hakimiyyətinə tabe olan şəhərdəki tarixi abidələri dağıda bilər.

Hazırda Suriya və İraqın bir sıra bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG