Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:51

Obama Ramadini geri almaq üçün İraqa yardımı götür-qoy edir


Ənbərdəki şiə döyüşçülər

Ənbərdəki şiə döyüşçülər

-

ABŞ prezidenti Barack Obama mayın 19-da milli təhlükəsizlik müşavirləri ilə görüşərək İraq tayfalarına təlim və silah yardımını sürətləndirmək məsələsini müzakirə edib. Məqsəd Ramadi şəhərinin İslam Dövləti silahlı qruplaşmasından geri alınmasıdır.

Konqresdəki respublikaçılar Ramadinin İD qüvvələrinə verilməsi məsələsinə görə Ağ Evi tənqid edir. İraq Nazirlər Şurası mayın 19-da qərar verib ki, İraq ordusuna təlim keçilməsi artırılsın, eləcə də Ənbər vilayətindəki hakimiyyətlə birlikdə yerli tayfalara sürətli təlim keçilsin. Obama bu qərarı alqışlayıb.

Obama İranın baş naziri Haider al-Abadi-yə ABŞ-ın güclü dəstək verdiyini də bir daha bəyan edib.

Bu arada Ramadinin şərqində İranın dəstəklədiyi minlərlə şiə döyüşçü əks hücum üçün toplaşmaqdadır.

XS
SM
MD
LG