Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:21

İlham Əliyev: «Azərbaycanda bütün azadlıqlar təmin edilib»


İlham Əliyev
İlham Əliyev

-

«Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir».

Bunu prezident İlham Əliyev Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında deyib.

Prezident deyib ki, Azərbaycan donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə qurumlarının yardımlarından asılı deyil: «Halbuki biz onlarla çox fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji təhlükəsizliyini maksimum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji təhlükəsizliyini təmin edirik».

Prezident Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsi üçün görüləcək işlərin də çox olduğunu bildirib: «Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən iqtisadiyyatın rəqabətqabiliyətliliyinə görə Azərbaycan dünyada 38-ci yerdədir. Buna isə təbii sərvətlər hesabına yox, islahatlar hesabına nail olunub».

XS
SM
MD
LG