Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:49

Keçmiş nazirin həbsxanada səhhəti pisləşib


Nicat Quliyev
Nicat Quliyev

-

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev xəstəxanaya yerləşdirilib.

Məlumatı modern.az saytı yayıb. Bildirilir ki, səhhətində yaranan problemə görə o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il azadlıqdan məhrum olunub. O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG