Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:10

Misirin sabiq prezidentinə ölüm hökmü çıxarıldı


Mohamed Morsi

-

Mayın 16-da Misir məhkəməsi hakimiyyətdən uzaqlaşdırılmış islamçı prezident Mohamed Morsi və onun 100-dən artıq tərəfdarı haqqında ölüm hökmü çıxarıb.

Onlar 2011-ci il yanvar inqilabı zamanı «Müsəlman qardaşları» hərəkatı liderlərinin həbsxanadan qaçışının təşkilində ittiham olunurlar.

Daha 16 nəfər xarici təşkilatlarla işbirliyinə görə edama məhkum edilib.

Misir qanunlarına görə, məhkəmənin bu qərarları təsdiq üçün ölkənin ali müftisinə təqdim olunub.

Hər iki iş üzrə yekun qərar iyunun 2-də elan ediləcək.

Bu ilin aprelində Morsi 2012-ci ildə hakimiyyət əleyhinə mitinq iştirakçılarının təqibinə görə 20 il həbs cəzası almışdı.

Mohamed Morsi 2013-cü ildə ölkədə kütləvi aksiyalardan sonra hakimiyyətdən uzaqlaşdırılıb.​

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG