Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:30

İD döyüşçüləri İraqda Ramadi hökumət şəhərciyini zəbt ediblər


Ramadi sakinləri evlərini tərk edirlər.
Ramadi sakinləri evlərini tərk edirlər.

İslam Dövləti təşkilatının döyüşçüləri İraqın Qərbi Anbar vilayətinin mərkəzi Ramadi şəhərindəki hökumət binalarında “qara xilafət bayrağı” qaldırıblar.

İslam Dövləti təşkilatının döyüşçüləri İraqın Qərbi Anbar vilayətinin mərkəzi Ramadi şəhərindəki hökumət binalarında “qara xilafət bayrağı” qaldırıblar.

Onlar şəhərciyi ələ keçirmək üçün 6 intihar bombası partladıblar.

Şəhərcikdə vilayət qubernatorunun və polisin iqamətgahları yerləşir.

Ramadinin meri Dalaf al-Kubaisi deyib ki, cihadçılar şəhərin bir neçə başqa məntəqəsini də ələ keçiriblər və onlarla atışmada 10 polis nəfəri həlak olub.

İD-in şəhərdə kütləvi edamlar etdiyi də xəbər verilib.

Bağdadın 110 kilometrliyində yerləşən Ramadi indiyədək hökumətin nəzarətində idi.

XS
SM
MD
LG