Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:07

Bostonda partlayış törədən çeçenə ölüm cəzası kəsildi


Tsarnaev-in məhkəmə zamanı çəkilmiş eskizi
Tsarnaev-in məhkəmə zamanı çəkilmiş eskizi

ABŞ məhkəməsi cümə günü 2013-cü ildə Boston marafonunda bomba partlatmaqda təqsirli bilinən Dzhokhar Tsarnaev barədə ölüm hökmü çıxarıb.

ABŞ məhkəməsi cümə günü 2013-cü ildə Boston marafonunda bomba partlatmaqda təqsirli bilinən Dzhokhar Tsarnaev barədə ölüm hökmü çıxarıb.

Partlayış nəticəsində üç nəfər həlak olmuşdu.

Federal münsiflərin qərarına görə 21 yaşlı Tsarnaev iynə vurulması ilə edam edilməlidir. Lakin hələlik hüquqi müstəvidə Tsarnaev üçün ömürlük həbs cəzası variantı da tükənməyib.

10 həftə davam edən dinləmələr zamanı məhkəmə 150 şahidi dindirib.

Şahidlərin arasında bomba partlayışı zamanı həlak olan 8 yaşlı Martin Richardın atası da olub.

William Richard-ın qızı Jane partlayışda ayağını itirib. O mediaya verdiyi açıqlamalarda Tsarnaev-ə ölüm hökmü çıxarılmasını istəmədiyini bildirmişdi. Boston ərazisində keçirilən rəy sorğusunda da əksəriyyət Tsarnaev-in edam edilməsi əleyhinə olub.

Vəkillər terror aktının əsas təşkilatçısının Dzhokhar-ın qardaşı Tamerlan olduğunu sübuta yetirmək istəyirdilər. Tamerlan polislə atışmada həlak olub.

Amerika qanunlarına görə ölüm hökmü çıxarıldıqdan sonra onun təsdiq edilməsi bir neçə ay çəkə bilər.

Massaçussetsdə ölüm hökmləri qüvvədə olsa da, son 70 ildə heç kəs edam edilməyib. 1984-cü ildə bu ştatda dövləti cinayətlərə görə ölüm hökmü ləğv edilib. Lakin Tsarnaev-in işinə federal məhkəmə baxıb. Federal qanun iynə vurulması ilə edamı qəbul edir.

XS
SM
MD
LG