Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 22:45

Rusiya NATO-ya görə Krımda hərbi iştirakını artırır


Aleksandr Grushko

“Rusiya NATO-nun Şərqi Avropada genişlənmək planına cavab olaraq, Krımda hərbi iştirakını artıracaq”.

Bunu mayın 15-də Rusiyanın NATO-dakı elçisi Aleksandr Grushko bəyan edib.

O qeyd edib ki, Moskva NATO-nun Polşa və Baltik ölkələrində hərbi iştirakının artdığını müşahidə edir və bu yolverilməzdir.

Grushko həmçinin Birləşmiş Ştatları Avropada yerləşdirdiyi nüvə silahlarını çıxarmağa çağırıb və bildirib ki, bu Avropanın təhlükəsialiyi və sabitliyinə böyük tövfə verəcək.

Latviya bundan bir gün əvvəl bildirib ki, Baltik ölkələri NATO-nun öz ərazilərində daimi iştirakına çalışacaq

XS
SM
MD
LG