Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:17

Elnur Hüseynov «Hour of the Wolf» mahnısını ilk dəfə məşq edəcək


Elnur Hüseynov
Elnur Hüseynov

-

Mayın 14-də Azərbaycanı «Eurovision-2015» mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov «Hour of the Wolf» mahnısını ilk dəfə məşq edəcək.

Təşkilat Komitəsinin məlumatına görə, ifa zamanı Elnurla səhnədə iki rəqqas olacaq – qız və oğlan. Elnurun səsinə üç güclü bek-vokalçı dəstək verəcək.

Məlumatda deyilir ki, zəngin promo-tur çərçivəsində iki həftə ərzində altı ölkəni gəzib-dolaşdıqdan sonra Elnur fikrini səhnə nömrəsinin məşqləri və vokal ifası üzərində cəmləşdirib. Onun əsas məqsədi mahnının ideyasını, yəni, «hər ürək üçün vuruşmaq lazımdır» mesajını Avropa auditoriyasına çatdırmaqdır.

Elnurun səhnə komandası dünya səviyyəli mütəxəssislər, rəqqaslar, bir sıra beynəlxalq müsabiqələrin qalibləri və beynəlxalq mükafatların laureatları, təcrübəli bek-vokalçılardır.

XS
SM
MD
LG