Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 02:59

Merkel Ukraynada atəşkəsin pozulmasından narahatdır


Angela Merkel və Petro Poroshenko

Almaniyanın kansleri Angela Merkel Ukraynanın şərqində atəşkəs rejiminin hələ də pozulduğunu, Minsk razılaşmasına hələ də tam əməl olunmadığını bildirib.

O mayın 13-də Ukrayna prezidenti Petro Poroshenko ilə görüş ərəfəsində deyib.

Poroshenko isə hələ də Donetsk hava limanı yaxınlığında toqquşmalar olduğunu bildirib və orda beynəlxalq müşahidəçilər yerləşdirilməsini tələb edib.

O həmçinin qeyd edib ki, ağır silahlar təmas xəttindən çıxarılmalıdır.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Kiyev və Qərb Moskvanı separatçıları dəstəkləməkdə günahlandırır. Rusiya ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG