Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:18

Mitinq olmayacaq


Milli Şuranın mitinqi - 15 mart 2015
Milli Şuranın mitinqi - 15 mart 2015

-

Milli Şura mayın 16-da mitinq keçirməyəcək.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

«Əvvəldən planladığımız kimi, mayın 17-də mitinq keçirməyəcəyik. Bakı şəhər İcra Hakimiyyətinin mayın 16-da mitinq keçirmək təklifini də qəbul etmirik» –Fuad Qəhrəmanlı bildirib.

Milli Şura mayın 17-də ölkədə qiymətlərin qalxmasına son qoyulması və Avrointeqrasiya tələbilə aksiya keçirmək istəyirdi. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunub.

Müraciətə cavabda Bakı şəhər İcra Hakimiyyəti Milli Şuraya mitinqi keçirməyə icazə verib, amma mayın 16-da. Partiya bunu qanun pozuntusu hesab edir.

Turan-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, bütün bu qanunsuz cəhdlər Milli Şuranın keçirdiyi kütləvi tədbirlərdən hakimiyyət orqanlarının ciddi narahatçılığının ifadəsidir. Onun fikrincə, şəhər hakimiyyət orqanlarının belə oyunlara əl atması Milli Şuranın təyin etdiyi mitinqin kütləviliyinin qarşısının alınmasına yönəlib.

XS
SM
MD
LG