Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 00:58

Kerry: Ukraynada atəşkəs saxlansa, Rusiyaya sanksiyalar bitə bilər


-

ABŞ Dövlət katibi John Kerry deyir ki, Ukrayna münaqişəsinin bütün tərəfləri fevralda Minskdə əldə olunmuş atəşkəsin pozuntusuna yol verməməlidir və sülh sazişi “tam yerinə yetirilərsə”, Qərb Rusiyaya sanksiyaları yüngülləşdirə bilər.

Kerry mayın 12-də Soçidə Rusiya prezidenti Vladimir Putin-lə 4 saatlıq görüş keçirib. Ukrayna böhranı başlanandan, bu, Kerry-nin Rusiyaya ilk səfəri idi. O, qlobal problemlərlə mübarizədə ABŞ-Rusiya əməkdaşlığının “vacibliyini” vurğulayıb. Həmin problemlərdən biri də Ukraynanın şərqində Kiyev qüvvələri ilə rusiyapərəst separatçılar arasında davam edən döyüşlərdir.

Putin-lə görüşdən öncə, Kerry rusiyalı həmkarı Sergei Lavrov-la dörd saatlıq danışıqlar aparıb.

Ötən ilin martında Rusiya Ukraynanın Krım vilayətini anneksiya edəndən sonra Rusiya ilə Qərbin münasibətləri pisləşib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG