Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:04

Bakıda quş əti hissələrinin çeşidlənmə sexi aşkarlanıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 12-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti qeyri-qanuni sex aşkar etdiyi barədə məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Həsənov bildirir ki, Bakının Ramana qəsəbəsində fərdi şəxsə məxsus həyətdə quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib.

Sexdə soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılmış quş sümükləri (40-50 kisə) varmış.

Yolçu Həsənov bildirir ki, müvafiq qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb.

XS
SM
MD
LG