Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:26

Ahmet Davutoglu Süleyman şahın Suriyadakı məqbərəsini ziyarət edib


Ahmet Davutoglu
Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglu mayın 10-da Suriyaya keçərək, Osmanlı imperiyasının banisi Süleyman şahın məqbərəsini ziyarət edib.

Suriya dərhal bu addımı ittiham edib və bunu təcavüz aktı adlandırıb.Suriyanın rəsmi SANA agentliyi hökumətlə razılaşdırılmamış bu səfərin BMT-nin üzvü olan ölkənin suverenliyi və beynəlxalq qanuna qarşı, açıq təcavüz olduğunu bildirib.

Türkiyə ordusu fevralda hərbi əməliyyatlara görə, Süleyman şahın cənazəsi və məqbərəsini qoruyan türk əsgərlərini Suriya daxilində daha təhlükəsiz yerə köçürdü. Bu addım da həmin vaxt rəsmi Dəməşqin etirazı ilə qarşılandı.

Məqbərə hazırda Türkiyə sərhəddinin düz 200 metrliyindəkiki "Eşme" qəsəbəsində yerləşir.

Türkiyə Suriya hökumətinə qarşı üsyanı dəstəkləyir, öz növbəsində rəsmi Dəməşq Ankaranı terrorçuları dəstəkləməkdə günahlandırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG