Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:48

AzadlıqLive - "Qara polkovnikin" oğlu da saxlandı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

17:42 15.5.2015

Kredit qalmaqalına görə Adil Hüseynov da saxlandı

Fətulla Hüseynov
Fətulla Hüseynov

Adil Hüseynov hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Bunu APA-ya açıqlamasında onun vəkili Kamandar Nəsibov deyib.Vəkil onun barəsində külli miqdarda ziyan vurmaq, dələduzluq maddəsi ilə cinayət işi açıldığını deyir.Kamandar Nəsibovun sözlərinə görə, Adil Hüseynovun saxlanmasına səbəb Dubayda xarici şirkətlərdən birinin meneceri olmasıdır. Həmin şirkət bankdan kredit götürüb və qaytarmayıb-deyə o bildirib.Vəkili Adul Hüseynovun Beynəlxalq Bankın Dubay filialının rəhbəri olması barədə məlumatsız olduğunu da bildirib.Qeyd edək ki, Adil Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. Fətulla Hüseynov Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili və hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.

16:48 15.5.2015

İqtidar-müxalifət dailoqunda: Avropa oyunları, kreditlər,əfv...

Mayın 15-də hakimiyyət-müxalifət dialoqunun növbəti raundu keçirilib. “Bugünkü görüşün əsas mövzusu Avropa Oyunları olsa da, bəzi cari məsələlər də müzakirə olundu və təkliflər irəli sürüldü. Partiya sədrləri bir qrup məhbusun əfvi məsələsinin ölkə başçısına çatdırılmasını xahiş etdilər. Partiyaların qərargah məsələsi, bank kreditlərindən tutmuş, siyasi plüralizmə qədər, bir sıra mühüm məsələlər qaldırıldı". Bunu iqtidar-müxalifət görüşündən sonra Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov söyləyib.
Ə. Həsənov qaldırılan məsələlərin bəzisinə dərhal münasibət bildirildiyini, digərlərinə də münasibət bildiriləcəyini deyib.

Görüşün əsas mövzusu Avropa Oyunları olsa da, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə siyasi məhbuslar məsələsini də qaldırıb:

“Bildirdim ki, ölkədə siyasi məhbus məsələsi var, həll olunmalıdır. Siyasi dustaq məsələsini Avropa Oyunlarına qarşı qoymaq lazım deyil, nə də əksinə. Avropa Oyunlarının keçirilməsindən asılı olmayaraq dustaqlar azad olunmalıdır. " AzadlıqLive-da

16:29 15.5.2015

İsgəndər Həmidov 1992-ci ilin 15 may hadisələri haqda

Keçmiş daxili işlər naziri, milli azadlıq hərəkatının liderlərindən olan İsgındər Həmidov 1992-ci il mayın 15-dəki hadisələri belə xatırlayır və belə qiymətləndirir: "15 may milli azadlıq hərəkatının pik nöqtəsi idi". İsgəndər Həmidov bunu Azadlıq Radiosuna 2014-cü il mayın 15-də deyirdi:

İsgəndər Həmidov: '15 may azadlıq hərəkatının pik nöqtəsidir'
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

15:22 15.5.2015

Xələc həbsxanasında qiyam?

Salyanın Xələc qəsəbəsindəki 5 saylı həbsxanaya - qiyamın qarşısını almaq üçün qoşun yeridildiyi bildirilir. Məhbusların qohumlarının dediyinə görə, oradakı bir qrup dindar məhbus işgəncə yeri kimi tanınan və Binə qəsəbəsində yerləşən "tubzona" gətirilib. Ətraflı AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG