Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 16:42

Şiə yaraqlılar 5 günlük atəşkəsə razılaşıb


Xusi yaraqlılar

Yəməndəki şiə yaraqlılar - xusilər 5 günlük atəşkəsə razılıq veriblər.

Atəşkəsi Səudiyyə Ərəbistanı təklif edib. Məqsəd dinc əhaliyə humanitar yardım çatdırmaqdır.

Bu arada Səudiyyə təyyarələri paytaxt Sanaya zərbələr endiriblər. Xusilərin müttəfiqi olan keçmiş prezident Abdullah Saleh bombardmandan sağ çıxıb.

Xusilər ölkənin böyük hissəsinə nəzarət edirlər.

Atəşkəs razılaşması çərşənbə axşamı qüvvəyə minəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG