Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 17:46

Mubarak və iki oğlu azadlıqdan məhrum edildilər, amma…


Misirin keçmiş prezidenti Hosni Mubarak və oğulları Alaa (Sağda) və Gamal məhkəmədə

Bununla belə, ata və oğulların həbsxanaya qaytarılacaqları ağlabatan görünmür.

Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hosni Mubarak və onun iki oğlunu korrupsiya ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edib.

Bununla belə, ata və oğulların həbsxanaya qaytarılacaqları ağlabatan görünmür.

Misirə 30 il liderlik etmiş Mubarak və onun oğlanları Gamal və Alaa bundan əvvəl məhkəmə prosesində üç il həbsxanada olublar və bu onlara cəza kimi sayılacaq.

Hosni Mubarak barədə ötən may ayında korrupsiya ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmışdı. Onun oğullarına 4 il iş kəsmişdilər. Lakin sonradan Ali Məhkəmə bu işi təkrar aşağı instansiyaya göndərdi.

XS
SM
MD
LG