Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:08

Türkiyə üçün tikilən Airbus A400M təyyarəsi qəzaya uğrayıb


Airbus A400M Atlas hərbi nəqliyyat və yük təyyarəsi
Airbus A400M Atlas hərbi nəqliyyat və yük təyyarəsi

Qəzaya uğrayan təyyarə sınaq uçuşundan sonra NATO üzvü Türkiyəyə verilməli idi.

Airbus (AIR.PA) A400M hərbi nəqliyyat təyyarəsi Sevilya yaxınlığında keçirilən sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində San Pablo hava limanının dörd ispaniyalı işçisi həlak olub, ekipajın iki üzvü xəstəxanaya yerləşdirlib.

Bu qəzanın ardınca Britaniya və Almaniya eyni markadan olan təyyarələrini endiriblər.

Qəzaya uğrayan təyyarə sınaq uçuşundan sonra NATO üzvü Türkiyəyə verilməli idi.

“El Pais” qəzeti yazır ki, uçuş zamanı təyyarədə nasazlıq qeydə alan ekipaj enmə icazəsi istəyib, lakin eniş zamanı təyyarə elektrik dirəyinə toxunub.

Airbus şirkəti qəzanın mümkün səbəbi barədə heç bir açıqlama verməyib.

Ekspertlər bildirirlər ki, bu qəza onsuzda hərbi sifarişlər sferasında çətinliklərlə üzləşən şirkətə zərbə olub.

XS
SM
MD
LG