“BMT Ukrayna xalqı ilə həmrəydir.Mən bura Ukrayna münaqişəsinin onun ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında dinc yolla həllinə bir daha qəti dəstək bildirmək üçün gəlmişəm”.
Bunu BMT-nin baş katibi Ban ki Moon mayın 8-də Kiyevdə Ukrayna prezidenti Petro Poroshenko ilə İkinci Dünya müharibəsində ölənlərin abidəsini yad etdikdən sonra deyib.
O Ukrayna hökuməti və xalqına bütün mümkün vasitələrlə yardım göstərməyə hazır olduğunu bildirib.
Poroshenko ilə Ban i Moon bundan əvvəl Polşada keçirilən anım mərasimində də iştirak ediblər.