Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:13

Polis metroda növbə çəkəcək


Foto illüstrasiya
Foto illüstrasiya

-

Avropa Oyunları zamanı polis ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün növbə çəkəcək.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında bildirib.

Səhlab Bağırov deyib ki, Bakı Olimpiya Stadionu ilə metronun «Koroğlu» stansiyası arasında 1200 metrə qədər məsafə var: «Bu məsafəyə yol boyu polis nəzarət edəcək. Sərnişin axını çox olarsa, sərnişinlər müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək».

Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.

XS
SM
MD
LG