Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 22:03

İslam Dövləti qrupu İraqda yeni hücuma başlayıb


Foto arxiv

İslam Dövləti yaraqlıları mayın 7-də İraqda hökumət qüvvələrinin nəzarətində olan neftayırma zavoduna hücuma keçiblər.

İraq rəsmiləri hökumət qüvvələrinin ağır döyüşlə üzləşdiyini deyirlər.

Baiji zavodu Bağdadın 200 kilometrliyində yerləşir.

Bu zavod neçə aylardır ki, yaraqlıların mühasirəsindədir.

Zavodun mühasirəsi ötən ilin sonlarında yarılsa da, yaraqlılar yenidən hücuma keçərək müəssisəni mühasirəyə alıb və bəzi nöqtələrdə hətta içəriyə girə biliblər.

İraq hərbçiləri onların içəridəki evlərdə möve tutduqlarını deyirlər.

Hazırda İraq və Suriyanın bir sıra bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.

XS
SM
MD
LG