Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:02

Maradona:"FİFA-da tam xaosdur,Blatter getməlidir"


Diego Maradona
Diego Maradona

Əfsanəvi argentinalı futbolçu Diego Maradona FİFA prezidenti Sepp Blatteri bir daha tənqid edib və federasiyada tam xaos hökm sürdüyünü deyib.

O bunu mayın 4-də İordaniyada Asiya Futbol Formunun aparıcısına müsahibəsində deyib:

“Bütün futbol dünyası bilir ki, FİFA-da tam anarxiyadır və Blatter bu barədə heç nə bilmir.

Ona görə də artıq dəyişiklik vaxtıdır və hətta həmkarlarıona getməyi msləhət görməlidirlər”.

Maradona bildirib ki, Blatter FİFA-ya rəhbərliyi dövründə futbola çox ziyan vurub.

Ona görə də o kənara çəkilməli, zəifləmiş və korrupsiyalaşmış futbolu bərpa etmk üçün bizə imkan yaratmalıdır.

O qeyd edib ki, Blatter getməkdən, bir tikə piroqunu itirməkdən qorxur və bu 4 çemionat oynayan bir oyunçu kimi məni qıcıqlandırır.

Maradona bildirib ki, ona görə də o FİFA prezidentliyinə seçkilərdə İordaniya kralı Ali bin al Husseinin namizədliyini dəstəkləyəcək.

Seçki mayın 29-da FİFA-nın İsveçrənin Surix şəhərində keçiriləcək toplantısında baş tutacaq.

Prezidentlik uğrunda Kral Husseinlə yanaşı Niderland Futbol İttifaqının rəhbəri Michael Van Praag və keçmiş portuqaliyalı futbolçu Luis Figo da mübarizə aparacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG