Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:09

Yəhudilərin Ukrayna və Rusiyadan mühacirəti artır


Ukraynadan olan yəhudi ailəsi İsrailə köçür - 2014
Ukraynadan olan yəhudi ailəsi İsrailə köçür - 2014

-

«Bu yaxınlarda «Guardian»da dərc olunmuş məqalə Ukrayna müharibəsinin daha bir mənfi təsirinə işıq saldı: yəhudi sakinlər regionu getdikcə daha böyük sayda tərk edir».

Mark Adomanis «Forbes»da yazır ki, dəhşətli terror hücumlarına baxmayaraq, Qərbi Avropadan mühacirət edən yəhudilərin sayı dəyişməz qalıb, ancaq Şərqi Avropadan İsrailə mühacirət çoxalıb. 2015-ci ilin birinci rübündə Ukraynadan İsrailə 1971 nəfər gəlib, bu ötən ilin eyni dövründə mühacirət etmiş 625 nəfərlə müqayisədə 215% çoxdur. Rusiyadan 1515 yəhudi çıxıb, bu, ötən ildəkindən 50% artıqdır.

Müəllif yazır ki, 2013-cü ildə Rusiyada 190 min, Ukraynada isə 65 min yəhudinin yaşaması barədə rəqəmlər var. Onda belə çıxır, bu ilin birinci rübündə Rusiyadakı yəhudilərin 1 faizindən də azı (0.8%), Ukraynada yaşayanların isə 3%-i İsrailə mühacirət edib. Ancaq bu tendensiya ilboyu davam etsə, ilin sonunadək Rusiyanın yəhudi əhalisinin 3.2%-i, Ukraynadan isə 12.1% mühacirət etmiş olacaq. Müəllifin fikrincə, belə getsə, hər iki ölkədə yəhudi icması tezliklə mövcud olmaya bilər.

«Əlbəttə, insanlar harada yaşamaq seçimində azaddırlar. Ukrayna və Rusiya yəhudiləri gələcəklərini İsraildə daha təhlükəsiz görürlərsə, oraya köçməlidirlər. Ancaq yüzillər boyu yəhudi mədəniyyəti Ukrayna və Rusiyaya böyük təsir göstərib. Ədəbiyyat, incəsənət, elm, siyasət və biznesdə yəhudi mənşəli insanların təsiri olub. Əlbəttə, faciə, zorakılıq da baş verib. Doğrudur, Sovet İttifaqının çöküşündən sonra bir milyondan çox yəhudi Rusiya, Ukrayna və digər sovet respublikalarından Qərbi Avropaya, ABŞ-a və İsrailə mühacirət edib. Ancaq qalanlar da əvvəlkindən daha azad yaşayıblar, son illər durum daha da yaxşılaşıb, bütün Şərqi Avropa boyu yəhudi mədəni və dini həyatında müasir renessans yaşanıb... Rusiya və Ukraynada yəhudi icmaları yoxa çıxsa, bu, hər kəs, ən çox da elə həmin ölkələr üçün dəhşətli itki olar. İlkin rəqəmlər artıq bunun baş verdiyini göstərir», - müəllif yazır.

Vladimir Putin
Vladimir Putin

SOVET İTTİFAQININ SÜQUTUNDAN SONRA ABŞ RUSİYALILARA KÖMƏK EDİB

«Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Rusiya televiziyasında göstərilən sənədli filmdə deyirdi ki, Qərb Rusiyanı diz üstə çökdürmək istəyir. «Məndə belə təəssürat var ki, onlar bizə humanitar yardım göndərəndə bizi sevirlər, onlar bizi yoxsul halımızda sevirlər. Hansısa marağımızı elan edəndə, geosiyasi rəqabət elementi hiss edirlər»», - «Washington Post» redaksiya məqaləsində yazır.

Məqalədə Putin-in dedikləri paranoyya əlaməti adlandırılır və qeyd olunur ki, əslində, minlərlə amerikalı Rusiyaya ona görə gedib ki, bu xalqın daha yaxşını əldə etməsinə kömək göstərsin. «Son 25 ildə Amerika və Qərbin milyardlarla dollar xərclədiyi işlərin məqsədi Rusiyaya kömək etməkdi ki, sovet kommunizminin dəhşətli irsinə qalib gəlsin. Məqsəd Rusiyanı zəbt etmək deyil, onu xilas etmək idi. Bazar kapitalizminin və demokratiyanın sınaqdan çıxmış üsulları təklif olunanda, onlar rədd edilmədi, alqışlandı. Birləşmiş Ştatlar Rusiya ilə kosmosda da əməkdaşlıq etdi. Könüllülər Rusiyaya gələrək andlılar məhkəməsi keçirmək, azad mətbuat qurmaq, siyasi kampaniya aparmaq və sairə sahələr üzrə saatlarla təlim keçdi. Amerikalılar ən yaxşı məqsədlər üçün gəldilər», - məqalədə vurğulanır.

«Əlbəttə ki, Qərbin cəhdləri zay edildi. Bazarlar oliqarxiya kapitalizmi ilə dəyişdirildi, demokratik təcrübə qüsurlarla doldu, Rusiyada çoxları məğlubiyyət, alçalma, tükənmə hissi ilə yaşamağa başladı. Təəssüflənməyə çox şey var, ancaq postsovet Rusiyasına uzadılan səxavətli ələ görə təəssüflənməyə dəyməz. Rusiya xalqı indi də bu səxavətdən faydalanır və cənab Putin-in özünəxidmət məqsədi daşıyan isterikası içində onlar həqiqəti eşitməlidirlər: Birləşmiş Ştatlar sizi basdırmağa gəlmədi».

Moskvada hərbi paradın repitisiyası – 29 aprel 2015
Moskvada hərbi paradın repitisiyası – 29 aprel 2015

QƏRB YENƏ DƏ RUSİYANI ANLAYA BİLMİR

«The Independent» qəzeti Moskvada keçiriləcək 9 May paradından yazır.

«Ola bilsin sonuncu yubileydir ki, müharibə iştirakçıları bu tədbiri gözləri ilə görəcəklər… Burada daha fəndgir Rusiya aspekti də var. Kreml Rusiyanın böyük dövlət olduğunu nümayiş etdirəcək. Qərbin Ukraynada irəliləməsinin qarşısı alınıb və müqəddəs Krım vətənə qaytarılıb», - müəllif yazır.

«Bu səbəbdən Qərb liderləri Moskvaya getmir. Onlar Putin-lə həmrəylik göstərmək istəmirlər. Ancaq Rusiya mayın 9-da təkcə nasist Almaniyası üzərində qələbəni qeyd etmir, 20 milyonluq insan itkisini də anır. Son həftələr rusiyalılarla söhbətimdə ağrılı suallar eşidirəm ki «heç Qərb Rusiyanın verdiyi qurbanları anladımı?», «Qərb bunu qiymətləndirəcəkmi?». Ukrayna məsələsi bu kontekstdə anlaşılmır, tədbirə gəlməmək bir daha göstərir ki, Rusiya heç vaxt «bizdən biri» olmayacaq».

Müəllifin fikrincə, şənbə günü paradında Putin-in yanında olmaq siyasi addım olmazdı, Kremldə nahar etmək, əklil qoymaq da yersiz sayılmazdı. «Son illər Rusiyanın keçmişinin bugününə necə təsir etdiyini anlamaqda Qərb fürsətləri bir-bir əldən buraxıb. İndi daha bir fürsət əldən çıxır», - müəllif yazır.

XS
SM
MD
LG