Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 01:25

2 Ukrayna əsgəri Luhanskda minaya düşərək həlak olub


Foto arxiv

2 Ukrayna əsgəri Luhansk vilayətində minaya düşərək həlak olub.

Bundan başqa 3 əsgərin yaralandığı xəbər verilir.

Luhansk regionunun Ukrayna tərəfindən təyin edilmiş rəhbəri Hennadiy Moskal mayın 4-də hərbi maşının Yekaterinivka kəndi yaxınlığında minaya düşdüyünü deyir.

Luhanskın cənubu hazırda rusiyapərəst separatçıların nəzarətindədir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

XS
SM
MD
LG