Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:19

AzadliqLive 4 - 10 may

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

19:28 8.5.2015

Mərakeşdən İspaniyaya çamadanda keçmək istəyən 9 yaşlı uşaq

Mərakeşdən İspaniyaya gələn 19 yaşlı qadının çamadanında qaçaqmal yolu ilə keçirilən 9 yaşlı uşaq tapılıb. Bunu hava limanında rentgen aparatı göstərib.

Bu məlumatı verən İspaniya polisi bildirir ki, uşaq çox pis durumda olub.

Çamadanın sahibi olan qadının bu uşaqla heç bir əlaqəsi yoxdur. Uşağın atası bir mərakeşliyə pul verib ki, uşağı çamadanda İspaniyaya göndərsin. O da həmin qadından xahiş edib ki, çamadanı özü ilə İspaniyayaya aparsın.

İspaniyanın El Pais qəzeti yazır ki, Fil Dişi Sahilindən olan bu oğlanın atası Kanar Adalarında yaşayır və arzusu öz oğlunu yanına gətirmək olub.

Reuters agentliyinin yaydığı foto
Reuters agentliyinin yaydığı foto

19:04 8.5.2015

Azərbaycan əsgəri 1992-ci ildə

Bu şəkli arxivdən tapmışıq. Şuşa yaxınlığında çəkilib...1992-ci ildə..Müharibənin qızğın vaxtında...

17:44 8.5.2015

Azərbaycan əsgərləri Qızıl Meydanda

9 Mayda Moskvada parada çıxacaq Azərbaycan əsgərləri (Foto EPA)

17:25 8.5.2015

Mərkəzi Bankın ehtiyatı "əriyir" - Rövşən Ağayev Facebookda yazır

"Nağd manat kütləsi ölkənin Mərkəzi Bankın valyuta ehtiyatlarının ərimə tempinə proporsional olaraq azalır. Nağd pul və kommersiya banklarının Mərkəzi Bankdakı ehtiyatlarından ibarət olan "Pul bazası" göstəricisi 2011-ci ildəki səviyyəyə - 7.4 milyard manata enib.
Bu göstəricinin ən yüksək səviyyəsi ötən ilin avqustunda qeydə alınmışdı - 11.7 milyard manat. Son 9 ayda pul bazası 4.3 milyard manat azalıb.
Məlumat üçün deyim ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının da ən yüksək həddi də elə o zaman qeydə alınmışdı- 15.2 milyard dollar. Ehtiyatlar özünün ən pik dövrünə nisbətən 6.8 milyard dollar və ya 45% əriyib. Mərkəzi Bank manat kütləsini məhdudlaşdırmaqla manata valyuta təzyiqini azaltmaqla yanaşı, devalvasiyadan sonra gözlənilən inflyasiya təzyiqini də məhdudlaşdırmağa çalışır"

https://www.facebook.com/rovshan.agayev.90?fref=ts​

Davamı

XS
SM
MD
LG