Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:26

Mingəçevir və Şirvanda xüsusi əməliyyat keçirildi


Polis
Polis

-

Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Mingəçevir və Şirvan şəhərlərində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirdiyi haqda məlumat yayıb.

Məlumatda deyilir ki, bu zaman qanunsuz odlu silah-sursat saxlayan, narkotik vasitələrin külli miqdarda alqı-satqısı ilə məşğul olan 6 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb. Onlardan 4-ü əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Baxış zamanı dəstə üzvlərindən 2 avtomat, 1 tapança, 7 əl qumbarası, 800 qram partlayıcı maddə, 65 ədəd müxtəlif çaplı patron, 6.5 kiloqrama yaxın tiryək və heroin götürüldüyü bildirilir.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.​

XS
SM
MD
LG